DünyaHadisə

ABŞ rusiyalı dissident Navalnının zəhərlənməsində əli olan şəxslərə qarşı sanksiyalar tətbiq edib

Bugun.tv xəbər verir ki, ABŞ administrasiyası rusiyalı dissident Aleksey Navalnının zəhərlənməsində əli olan 4 nəfərə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) 3 il əvvəl Navalnının zəhərlənməsinə görə Rusiyanın məsuliyyət daşıması üçün bir daha hərəkətə keçdiyi açıqlanıb.

Navalnının 2021-ci ilin yanvarında Rusiyaya qayıdarkən həbs olunduğunu xatırladan bəyanatda onun avqustun 4-də “ekstremizm” ittihamı ilə 19 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilib.

Bəyanatda OFAC-ın Navalnının zəhərlənməsində əli olan Aleksey Aleksandrov, Konstantin Kudryavtsev, İvan Osipov və Vladimir Panyayevə qarşı sanksiyalar tətbiq edəcəyi qeyd olunub.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Britaniya Rusiyanın NATO-ya hücum planı barədə məlumatı olmadığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu