26 C
Baku
11 Sentyabr 2026, 16:16
Baş xəbərDünya

ABŞ səfirliyi “qan gölünə” çevrildi

ABŞ-ın Londondakı səfirliyində keçirilən etiraz aksiyası zamanı fəallar binanın qarşısındakı gölməçəni qırmızı boya ilə qan gölünə çeviriblər. Aksiya Vaşinqton administrasiyasının Qəzzada soyqırımı dəstəkləməsinə etiraz olaraq keçirilib.

Britaniyalı fəallar ABŞ-ın Londondakı səfirliyinin qarşısındakı gölməçəyə qan-qırmızı boya töküblər.

Vaşinqton administrasiyasının Qəzzada törədilən soyqırımı dəstəkləməsinə etiraz edilib.

Fəalların boya ilə yaratdığı “qan gölməçəsi” mənzərəsi bölgədə yaşanan ölüm və dağıntıları əks etdirir.

Qəzzadakı ölümlərin birbaşa ABŞ-ın İsrailə silah, sursat və hərbi texnika satmağa davam etməsinin nəticəsi olduğu vurğulanır.

Fəallar ABŞ və Böyük Britaniya hökumətlərini İsrailə silah satışını dərhal dayandırmağa çağırıblar.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

Alimlər qaranlıq maddənin aşkarlanmasına yaxınlaşa bilər

Aynur Camal

Kiyevə səhər saatlarında hücum: yaşayış binasında yanğın baş verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu