Dünya

ABŞ Şərqi Sakit okeanda narkotik daşıdığı iddia edilən qayığa zərbə endirdi

Bugun.tv xəbər verir ki, ABŞ ordusu Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən qayığa qarşı əməliyyat keçirib.

ABŞ Cənub Komandanlığının (SOUTHCOM) açıqlamasına görə, əməliyyat iyunun 16-da həyata keçirilib. Bildirilib ki, kəşfiyyat məlumatları qayığın Şərqi Sakit okean bölgəsində narkotik qaçaqmalçılığı fəaliyyətlərində iştirak etdiyini göstərib.

Məlumata əsasən, ABŞ hərbi qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində bir nəfər həlak olub. Hadisə zamanı ABŞ hərbçiləri arasında itki və ya yaralanan olmayıb.

Açıqlamada qayığın “terror təşkilatları tərəfindən idarə olunduğu” iddia edilsə də, bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Eyni zamanda qeyd olunur ki, ABŞ-ın son dövrlərdə Karib hövzəsi və Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduqları iddia edilən gəmilərə qarşı birbaşa hərbi əməliyyatlar keçirməsi beynəlxalq ictimaiyyətdə mübahisələrə səbəb olub. Bəzi ekspertlər bu cür əməliyyatları “məhkəməsiz cəza” və ya “məhkəməsiz edam” kimi qiymətləndirirlər.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Sumı vilayətinə PUA hücumu: 4 nəfər yaralandı

Aynur Camal

Melaniya Tramp MMA turnirində diqqət mərkəzində oldu

Aynur Camal

Neft tankerləri Hörmüz boğazına yönəlməyə başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu