DünyaTexnologiya

ABŞ çip investisiyası üçün 6,4 milyard dollar ayırdı

Bugun.tv xəbər verir ki, ABŞ administrasiyası Cənubi Koreyanın Samsung elektronika şirkətinə Texasda çip istehsalı investisiyası üçün 6,4 milyard dollara qədər maliyyə verəcək.

ABŞ prezidenti Co Bayden yazılı açıqlamasında ölkənin yarımkeçirici istehsalında liderliyini bərpa etmək üçün CHIPS və Elm Aktını imzaladığını xatırladıb.

Samsung ilə ABŞ Ticarət Nazirliyi arasında şirkətin qabaqcıl yarımkeçirici istehsalı və Ar-Gesini Texasa gətirmək üçün ilkin razılaşma əldə edildiyini açıqlayan Bayden, bu çərçivədə Samsungun Texasa 40 milyard dollardan çox sərmayə ilə gələcəyini və ən az 21.500 iş yerinin yarımkeçirici ekosistemdəki rolunu gücləndirəcəyini vurğulayıb.

Bayden bu qurğuların süni intellekt kimi qabaqcıl texnologiyalar üçün tələb olunan dünyanın ən güclü çiplərinin istehsalını dəstəkləyəcəyini və ABŞ-ın milli təhlükəsizliyini gücləndirəcəyini vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın 80-ci Müstəqillik Günü Bakıda qeyd edildi

Aynur Camal

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu