16 C
Baku
3 Sentyabr 2025, 7:10
Baş xəbərDünya

ABŞ sanksiyalardan yayınmaqda İrana kömək edən şirkətləri hədəf aldı

Cümə axşamı, avqustun 7-də Vaşinqton ABŞ sanksiyalarından yayınmaqda İrana kömək etdiyi iddia edilən 18 fiziki və hüquqi şəxsi hədəf alıb. Onlara qarşı yeni sanksiyalar tətbiq olunub.

Bugun.tv xəbər verir ki, ABŞ Maliyyə və Xəzinədarlıq Nazirliyinin məlumatına görə, sanksiyalar İran rejiminə qeyri-qanuni gəlir əldə etməkdə və ölkədaxili repressiyalara şərait yaratmaqda ittiham olunan maliyyə və informasiya texnologiyaları şəbəkələrini hədəfə alıb.

Siyahıya alternativ bank mesajlaşma sistemi quran “RUNC Exchange System Company” və sanksiyaya məruz qalan İran qurumları üçün əməliyyatları gizlətmək üçün istifadə edildiyi iddia edilən “Cyrus Offshore Bank” daxildir. Texniki firma FANAP və onun törəmə şirkətləri də hökumətlə əlaqəli müşahidə əməliyyatlarında oynadıqları rola görə “qara siyahı”ya salınıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryusun açıqlamasında bildirilir: “Bu hərəkətlər sabitliyi pozan davranışlarını davam etdirdiyi müddətcə İranın beynəlxalq maliyyə sisteminə çıxışını qadağan etmək öhdəliyimizi gücləndirir”.

Birləşmiş Ştatların maliyyə və xəzinədarlıq naziri Skott Bessent qeyd edib ki, təyinatlar maksimum iqtisadi təzyiq kampaniyasının bir hissəsidir. O əlavə edib: “İran rejiminin gizlənmək üçün yeri tükənir. Xəzinədarlıq İranın bizim sanksiyalardan yayınmağa yönəlmiş planlarını pozmağa, onun gəlir əldə etməsinə mane olmağa və silah proqramlarını həyata keçirməyə əngəl törətməyə davam edəcək”.

Mənbə: AZƏRTAC
İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

 Gəncədə dövlət işçilərinə əlilliyi olan qadınlarla davranış qaydaları mövzusunda təlim keçilib  

Aynur Camal

AFU-nun komandanı geri çəkilmək üçün mövqelərin hazırlanmasından danışdı

Kəmalə Sultan

Fırıldaqçılıq əməliyyatı oldu: 15 nəfər nəzarətə alındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu