Image default
Baş xəbərDünya

İsveç son illərdə suda batmaların sayına görə rekorda imza atdı

2025-ci ilin iyul ayı suda batanların sayına görə son onilliyin ən faciəli aylarından biri olub – İsveç Sularda Xilasetmə Cəmiyyətinin (Svenska Livräddningssällskapet) məlumatına görə, dənizdə, göllərdə və hovuzlarda 30 nəfər həlak olub.

Bugun.tv xəbər verir ki, bu, ötən ilin iyulunda 19 hadisənin qeydə alındığı göstərici ilə müqayisədə xeyli çoxdur. Sonuncu dəfə belə yüksək göstərici 2018-ci ilin yayında müşahidə olunub. Həmin ilin iyul ayında 35 nəfər anomal istilər fonunda suda batıb.

Ondan əvvəl, 2014-cü ildə 39 ölüm halı qeydə alınmışdı.

Həlak olanlar arasında iki uşaq və iki qadın var; qalanlar kişilər idi və əksəriyyətinin yaşı 60-dan yuxarı olub. Təşkilatın baş katibi Mikael Oloussonun sözlərinə görə, bu, davamlı tendensiyanı təsdiqləyir – kişilər çox vaxt tək çimirlər və güclərini həddindən artıq qiymətləndirməyə meyillidirlər.

Hesabatda, həmçinin xaricdə İsveç vətəndaşının suda batma hadisəsi və qeyri-müəyyən şəraitdə baş verən bir neçə insident qeyd olunur.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ İraqa hücum etməklə yanlış qərar verdi

Aynur Camal

Deputat Vüqar Bayramov: Azərbaycan–Slovakiya əməkdaşlığı Avropa ilə iqtisadi əlaqələri daha da gücləndirəcək

Aynur Camal

Bastiliya Günü üçün 70 min təhlükəsizlik əməkdaşı səfərbər edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu