Dünya

ABŞ və Ukrayna Cenevrədə müharibənin dayandırılması üzrə ikitərəfli danışıqlara başladı

ABŞ və Ukrayna Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlik müzakirə prosesi çərçivəsində İsveçrənin Cenevrə şəhərində ikitərəfli danışıqlara başlayıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov sosial media hesabında bildirib ki, Cenevrədə keçirilən görüşlərdə ABŞ Prezidenti Donald Trampın müşaviri Jared Kushner və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoffun daxil olduğu ABŞ nümayəndə heyəti ilə müzakirələr aparılır.

Ukrayna nümayəndə heyətinə iqtisadiyyat yönümlü rəsmilər, o cümlədən iqtisadiyyat və kənd təsərrüfatı sahəsinin təmsilçiləri daxildir. Tərəflər Ukraynanın bərpası mexanizmləri, investisiya cəlbi alətləri və uzunmüddətli əməkdaşlıq çərçivəsini müzakirə edir.

Umerov əlavə edib ki, Rusiya tərəfinin də iştirak edəcəyi növbəti üçtərəfli görüşün hazırlıqları da gündəmdədir. Humanitar yardım və əsir mübadiləsi məsələlərinin əsas prioritetlərdən biri olduğu vurğulanıb.

Bundan əvvəl üçtərəfli danışıqların iki raundu BƏƏ-nin paytaxtı Əbu-Dabidə, daha bir mərhələsi isə Cenevrədə keçirilmişdi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu