ABŞ Venesuela, Venesuela nefti, Donald Tramp, neft yataqları, Orinoko hövzəsi, Marakaybo, ABŞ enerji siyasəti, dünya neft bazarı
Dünya

ABŞ Venesuelanın neft yataqlarında pay almağa hazırlaşır

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelanın bəzi neft yataqlarına uzunmüddətli çıxış əldə etmək üçün Karakasla razılaşma üzərində işləyir. Bu barədə Reuters-in mənbələrinə istinad edən Al Jazeera məlumat yayıb.

Məlumata görə, razılaşma ABŞ hökumətinə Venesueladakı bir sıra neft yataqlarını əldə etməyə, həmin yataqların isə Amerika şirkətləri tərəfindən işlədilməsinə imkan verə bilər. Hasil olunacaq neftin ABŞ-a yönəldilməsi nəzərdə tutulur. Mənbələr razılaşmanın yaxın zamanda imzalana və ictimaiyyətə açıqlana biləcəyini bildiriblər.

Reuters-in gördüyü danışıqlar siyahısına 17 neft yatağı daxildir. Onların arasında Venesuelanın zəngin Orinoko hövzəsində yerləşən işlənməmiş yataqlar və Marakaybo gölü ətrafındakı artıq fəaliyyətdə olan sahələr də var.

Lakin mümkün razılaşmanın hüquqi maneələrlə qarşılaşa biləcəyi bildirilir. Venesuela qanunvericiliyində neft yataqlarının bu formada uzunmüddətli icarəyə verilməsi məsələsi mübahisəlidir.

ABŞ son aylarda Venesuela neftinə daha sabit çıxış əldə etməyə və ölkənin enerji sektoruna Amerika sərmayələrini artırmağa çalışır.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

“Ulduz müharibələri” filmindəki Tatuinə bənzər planet həyat üçün əlverişli ola bilər

Aynur Camal

BMT araşdırması: Dünya geri dönməyən nəticələri olan qlobal su çatışmazlığı dövrünə daxil olur

Aynur Camal

16 yaşlı gəncin biznesinin dövriyyəsi 1 milyon ABŞ dollarını ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu