26 C
Baku
23 Sentyabr 2026, 19:41
ABŞ İran danışıqları, Donald Tramp, İran, BMT Baş Assambleyası, Abbas Arakçi, Stiv Vitkoff, Cared Kuşner, diplomatik danışıqlar
Dünya

ABŞ və İran arasında aylar sonra ilk vasitəçi danışıqları keçirildi

Bugun.tv xəbər verir ki, ABŞ və İran arasında aylardır davam edən gərginlik fonunda tərəflər Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ilk dəfə yenidən dolayı danışıqlar aparıblar.

Reuters yazır ki, İranın xarici işlər naziri Abbas Arakçi ilə ABŞ-ın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner arasında əlaqə vasitəçilərin iştirakı ilə qurulub. Tərəflər iyul ayında müvəqqəti atəşkəs razılaşmasının pozulmasından sonra ilk dəfə diplomatik təmas yaradıblar.

ABŞ Prezidenti Donald Tramp danışıqlarda razılaşma əldə olunması istiqamətində “böyük dinamika” gördüyünü bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü isə Tehranın Qətərin vasitəçiliyi ilə ABŞ tərəfinə öz şərtlərini çatdırdığını açıqlayıb.

İran tərəfi müharibənin bütün cəbhələrdə dayandırılmasını və ABŞ-ın hərbi əməliyyatlarına son qoyulmasını tələb edir.

Reuters qeyd edir ki, tərəflər danışıqlarda mövqelərinin dəyişdiyini açıqlamayıblar.

Mənbə:  Reuters

Aynur Camal

Oxşar xəbərlər

Yüksək duz, şəkər və yağ olan məhsullara xəbərdarlıq nişanı gəlir

Aynur Camal

87 yaşlı qadın 71 il yaşadığı evdən çıxarıldı

Aynur Camal

Hərbi təlim təyyarəsi qəzaya uğradı: iki pilot yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu