Vüqar Bayramov, yeni iş yerləri, dağ-mədən sənayesi, metallurgiya, qeyri-neft sektoru, Daşkəsən, Kəlbəcər, Filizçay
İqtisadiyyat

Vüqar Bayramov: Dağ-mədən sənayesində 5 mindən çox yeni iş yeri yaradılacaq

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının qeyri-neft sektoruna və məşğulluğa təsirləri ilə bağlı fikirlərini açıqlayıb.

Vüqar Bayramovun sosial media hesabındakı sözlərinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan Dövlət Proqramının icrası nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Deputat hesab edir ki, yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək və proqram qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək.

Bayramov bildirib ki, proqram çərçivəsində xüsusilə Bakı və Gəncə şəhərlərində, həmçinin Daşkəsən, Balakən, Kəlbəcər və azad edilmiş ərazilərdə dağ-mədən və metallurgiya istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, Daşkəsəndə dəmir filizi layihəsi çərçivəsində zənginləşdirmə zavodu ilə yanaşı, qranul istehsalı və İBD zavodunun yaradılması, Gəncədə “Azəralüminium” MMC-nin elektroliz zavodu layihəsinin tamamlanması və istehsal gücünün artırılması yeni məşğulluq imkanları yarada bilər. Bakı şəhərində isə “Baku Steel Company” QSC tərəfindən tikişsiz boru istehsalı sahəsində yeni istehsal güclərinin yaradılması nəzərdə tutulur.

Deputat Kəlbəcərdə Söyüdlü (Zod) qızıl yatağında hasilat və emal prosesinin qurulmasını, Balakəndə Filizçay polimetal yatağı ilə bağlı layihələrin hazırlanmasını, Ağdərə rayonunda Dəmirli mədən-filiz yatağının istismarının davam etdirilməsini də yeni iqtisadi imkanlarla əlaqələndirib.

Bayramov qeyd edib ki, yeni layihələr yalnız texniki işçilər üçün deyil, mühəndislər, geoloqlar, geodezistlər və əməyin mühafizəsi üzrə mütəxəssislər üçün də iş imkanları yarada bilər.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Şuşanın iqtisadiyyatı Zəfərdən sonra 44 dəfə böyüyüb

Aynur Camal

İşsiz qalan şəxslərin kredit borcu sığorta hesabına ödənilə bilər

Aynur Camal

Bir gündə 14 milyard dollar itirildi: dünya iqtisadiyyatını sarsıdan “Qara çərşənbə axşamı”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu