28 C
Baku
9 İyul 2025, 12:41
Baş xəbərDünya

ABŞ Yəmənə yenidən zərbə endiridi: 12 ölü, 30 yaralı

ABŞ hərbçilərinin Yəmənin paytaxtı Sənanın əl-Fərva bölgəsini hədəf alması nəticəsində azı 12 nəfər ölüb, 30 nəfər yaralanıb. Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hücumlarını davam etdirən ABŞ ordusu bu dəfə ölkənin paytaxtı Sənadakı əl-Fərvə bölgəsini hədəf alıb. Husilərə bağlı bir media orqanı olan Al Masirah TV-nin məlumatına görə, bazar yaxınlığında həyata keçirilən hücumlarda ən azı 12 nəfər ölüb, 30 nəfər yaralanıb. Uçmuş binaların dağıntıları altında axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Həmçinin Yəmənin şimalındakı Səada şəhərinin də ABŞ-ın hücumlarının hədəfi olduğu bildirilib.

TRAMP HÜSİLƏRƏ HÜCUM ETMƏK ÜÇÜN TƏLİMAT VERDİ

ABŞ prezidenti Donald Tramp martın 15-də bəyan edib ki, o, ABŞ ordusuna Yəməndə İranın dəstəklədiyi husilərə qarşı irimiqyaslı hücuma başlamaq əmri verib. Hadisənin inkişafının ardınca ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmənin müxtəlif bölgələrində husilərin hədəflərinə çoxsaylı hava zərbələri endirib. Nəhayət, ABŞ hərbçilərinin Yəmənin Hudeydə şəhərindəki Ras İssa yanacaq limanına təşkil etdiyi hücumda 80 nəfər ölüb, 170 nəfər yaralanıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Oppo Find X8 Ultra-nın xüsusiyyətləri ortaya çıxdı

Aynur Camal

Kəpənəklərin sayı 2000-2020-ci illər arasında 22 faiz azaldı

Aynur Camal

“Heydər Əliyev: Zəmanələri Aşan Liderliyin Ruhu”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu