25 C
Baku
27 İyul 2024, 4:48
Kriminal

ABŞ yapon mafiyasının liderini nüvə materiallarını İrana ötürməkdə ittiham etdi

Bugun.tv xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Yaponiya yakuza mafiyasının lideri Takeşi Ebisavanı nüvə nümunələrini İrana ötürməkdə ittiham edib. Bu barədə Fox News xəbər verir.

“Yakuza lideri Takeşi Ebisava özünü İranla əlaqəsi olan narkotik və silah alverçisi kimi təqdim edən ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin gizli agentinə nüvə materiallarının nümunələrini göstərib”, – nəşr qeyd edib.

Prokurorların sözlərinə görə, material Myanmadan Taylanda qaçaqmalçılıq yolu ilə gətirilib. Daha sonra nümunələr müsadirə edilib. Onların tərkibində nüvə silahının yaradılmasında istifadə olunan uran və silah dərəcəli plutonium olduğu aşkar edilib.

DEA rəsmiləri Ebisawa və onun tərəfdaşlarının narkotik, silah və nüvə materiallarını “İranın onlardan nüvə silahı yaratmaq üçün istifadə edəcəyini tam gözləməklə” alqı-satqı etdiyini söyləyib.

Yanvar ayında Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın İranın nüvə silahı istehsal etməsinə icazə verməyəcəyini bildirib. O əlavə edib ki, diplomatiya yolu ilə razılaşma olmazsa, Vaşinqton başqa cür hərəkət edəcək.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Saxlanılan narkokuryerlərdən 19 kiloqram narkotik vasitə aşkarlandı

Kəmalə Sultan

Paytaxtda qətl hadisəsi törədildi

Teymur Əziz

Sərhəddə külli miqdarda narkotik vasitə saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu