Bugun.tv xəbər verir ki, ABŞ Yaxın Şərq regionuna lazer sistemləri ilə silahlanmış iki hərbi esmines yerləşdirib.
Məlumata görə, Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələri qüvvələrinə məxsus USS Spruance və USS John Finn esminesləri xüsusi ODIN lazer sistemi ilə təchiz olunub.
Bildirilir ki, ODIN sistemi pilotsuz uçuş aparatlarının idarəetmə və müşahidə sistemlərini sıradan çıxarmaq, onların kameralarını və sensorlarını kor etmək üçün hazırlanıb. Sistem həmçinin dron hücumlarının qarşısının alınmasında istifadə olunur.
Məlumata əsasən, USS Spruance esminesi Abraham Lincoln aviadaşıyıcı zərbə qrupunun tərkibində fəaliyyət göstərir, USS John Finn isə Hind okeanında döyüş növbətçiliyini davam etdirir.
Ekspertlər hesab edirlər ki, ABŞ ordusunun yönəldilmiş enerji silahlarına marağının artması müasir hərbi texnologiyalarda yeni mərhələnin başladığını göstərir. Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin ümumilikdə doqquz gəmisində bu tip sistemlərin yerləşdirildiyi bildirilir.
Mənbə: TASS
