Dünya

NATO-nu həyəcanlandıran hadisə: Latviya hava məkanına PUA daxil oldu

Bugun.tv xəbər verir ki, Latviyanın hava məkanına naməlum pilotsuz uçuş aparatının (PUA) daxil olması NATO qüvvələrinin hərəkətə keçməsinə səbəb olub. Xarici KİV-lərin məlumatına görə, təhlükənin qarşısını almaq məqsədilə NATO-ya məxsus döyüş təyyarələri havaya qaldırılıb.

Latviya ordusunun yaydığı açıqlamada bildirilib ki, ölkənin şərq sərhədlərində hava hücumundan müdafiə imkanları gücləndirilib və əlavə hərbi qüvvələr bölgəyə göndərilib. Rəsmi qurumlar Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda bu cür insidentlərin təkrarlana biləcəyini vurğulayıblar.

Bununla yanaşı, Latviya hökuməti Rusiya və Belarus sərhədinə yaxın ərazilərdə yaşayan vətəndaşlara növbəti açıqlamaya qədər evlərini tərk etməmək barədə xəbərdarlıq edib.

Məlumata görə, son aylarda Ukraynaya məxsus uzaqmənzilli PUA-ların Baltik dənizi istiqamətində aktivliyi artıb. Daha əvvəl Finlandiya, Estoniya və Litva hava məkanlarında da oxşar hadisələr qeydə alınmışdı.

Qeyd edək ki, ötən həftə Latviya hökuməti hava məkanı pozuntularına reaksiyası ilə bağlı yaranan narazılıqlar səbəbindən istefa vermişdi.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Ukraynanın hücumlarına cavab olaraq Britaniyanın hərbi obyektləri hədəf alına bilər

Aynur Camal

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 12-yə çatdı

Aynur Camal

Məkkədə saat qülləsini ildırım vurdu – görüntülər yayılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu