Kriminal

Abşeronda iki qrup arasında silahlı insident: saxlanılanlar var

Abşeron rayonunda iki qrup arasında silahlı insident olub, saxlanılanlar var.

Bugun.tv  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, bir neçə gün əvvəl rayonun Xırdalan şəhəri ərazisində odlu silahdan atəş açılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub. İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində müəyyən edilib ki, Xırdalan şəhər sakini Səlcuq Osmanlı tanışı Məmmədhüseyn Qurbanovla birlikdə əvvəlcədən etdikləri mübahisəni davam etdirmək məqsədi ilə Xırdalan şəhəri ərazisində Tural Qurbanzadə və Səbuhi Əliyevlə görüşüb. Daha sonra Səlcuq Osmanlı üzərində olan odlu silahla həmin şəxslərə və onların olduqları “Toyota” markalı avtomobilə atəş açıb.

Abşeron RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində odlu silahdan istifadə edən Səlcuq Osmanlı, həmçinin Məmmədhüseyn Qurbanov, mübahisənin digər iştirakçıları Tural Qurbanzadə və Səbuhi Əliyev saxlanılıblar.

Səlcuq Osmanlının yaşadığı evə baxış zamanı hadisə vaxtı istifadə etdiyi 1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 1 ədəd daraq aşkar edilib.

Bundan əlavə, hadisə yerindən 7 ədəd boş giliz də götürülərək ekspertizaya təqdim edilib. Səlcuq Osmanlıdan aşkar edilən “Makarov” markalı tapançanın digər hadisələrdə istifadə olunub-olunmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Narkobaron çarpayının altında tapıldı

Kəmalə Sultan

Bazara silahlı hücum olub

Bugün TV

Külli miqdarda narkotik və psixotrop maddə gətirmək istəyən həmkəndlilər saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu