Hadisə

Ac qunduzlar 200 illik fıstıq ağaclarına ziyan vurdu

Bugun.tv xəbər verir ki, Almaniyada qunduzlar qida çatışmazlığı səbəbindən bir neçə əsrlik fıstıq ağaclarına ziyan vurublar. Bu barədə “Suddeutche Zeitung” yazır.

Saksoniyadakı Wechselburg parkında Zwickauer Mulde sahillərində ac heyvanlar 200 illik bir neçə fıstıq ağacını çox çeynəyiblər. Adətən qunduzlar bu ağaclara toxunmur. Ona görə də ekoloqlar bu davranışı alternativ qida mənbələrinin olmaması ilə əlaqələndirirlər.

Mütəxəssislərin fikrincə, zədələnmiş ağacları xilas etmək mümkün deyil. Qalan fıstıq ağaclarını gövdələrində metal torla qorumağı planlaşdırırlar. Park rəhbərliyi qunduzları qidalandıracaq yeni növ ağac və bitkilərin əkilməsini də nəzərdən keçirir.

Bundan əvvəl ABŞ-da quduz qunduzun göldə çimərkən balaca qıza hücum etdiyi bildirilirdi. Uşağı heyvanı küt əşya ilə döyməyə başlayan atası xilas edib.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

5,5 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Sərnişin avtobusu yük maşınına arxadan dəydi: 15 yaralı var

Bugün TV

Fransanın keçmiş imperatoru Napoleonun məşhur papağı hərracda satılacaq

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu