Maraqlı faktlar

Afrikada “partlaya biləcək” göl: iki milyon insan üçün gizli təhlükə

Bugun.tv-xəbər verir ki, Kivu gölü alimlərin “təbiətin gecikdirilmiş bomba” adlandırdığı nadir su hövzələrindən biridir.

Şərqi Ruanda ilə Konqo Demokratik Respublikası sərhədində yerləşən bu gölün dərin qatlarında böyük həcmdə qaz toplanıb və mütəxəssislər hesab edirlər ki, əlverişsiz şəraitdə bu, ciddi fəlakətə səbəb ola bilər.

Mütəxəssislər bu təhlükəni daha yaxşı anlamaq üçün 1986-cı ildə Kamerunda baş vermiş faciəni xatırladırlar. Həmin vaxt Nyos gölündə qəfil qaz püskürməsi nəticəsində təxminən 1800 nəfər həyatını itirmişdi. Gölün dibində illərlə yığılan karbon qazı bir anda səthə qalxaraq ətraf ərazilərdə oksigeni sıxışdırmış, insanlar və heyvanlar boğularaq ölmüşdü.

Alimlərin bildirdiyinə görə, Kivu gölü Nyosdan daha təhlükəlidir. Təxminən 480 metr dərinliyə malik olan gölün alt qatlarında böyük həcmdə karbon qazı və metan toplanıb. Üstəlik, göl tektonik cəhətdən fəal zonada yerləşir. Bu isə o deməkdir ki, zəlzələ və ya yeraltı təkanlar qazların qəfil səthə qalxmasına səbəb ola bilər.

Ən böyük risk isə əhalinin sıxlığı ilə bağlıdır. Kivu gölünün ətrafında təxminən iki milyon insan yaşayır. Xüsusilə Qoma şəhərində yüz minlərlə sakin var və mümkün fövqəladə vəziyyətdə onların sürətli təxliyəsi olduqca çətin görünür.

Hazırda alimlər təhlükəni azaltmaq üçün göldə xüsusi layihə həyata keçirirlər. KivuWatt proqramı çərçivəsində dərinlikdə toplanan metan çıxarılır, elektrik enerjisi istehsalında istifadə olunur, qazdan təmizlənmiş su isə yenidən gölə qaytarılır. Bu üsul gölün dərin qatlarında yaranan təzyiqi tədricən azaltmağa kömək edir.

Bununla belə, mütəxəssislər bildirirlər ki, təhlükə tam aradan qalxmayıb. Kivu gölü daim nəzarətdə saxlanılır və alimlər mümkün fəlakətin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemləri üzərində işləməyə davam edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Ev yığışdırmaq insanı daha sağlam və xoşbəxt edə bilər

Aynur Camal

Şəkəri azaltmağın 8 effektiv yolu: dietoloqdan tövsiyələr

Aynur Camal

Alimlər suyun ən böyük sirrlərindən birini açdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu