Bugun.tv xəbər verir ki, alimlər ağ balinalarda — beluxalarda əvvəllər yalnız insanlara aid olduğu düşünülən zəka əlamətləri müəyyən ediblər.
“Gazeta.ru”nun yaydığı məlumata görə, tədqiqat zamanı beluxaların mürəkkəb sosial davranışlar nümayiş etdirdiyi, bir-biri ilə koordinasiyalı ünsiyyət qurduğu və problemlərin həllində yüksək uyğunlaşma qabiliyyətinə malik olduğu ortaya çıxıb.
Araşdırma müəllifləri bildiriblər ki, bu dəniz canlıları bəzi hallarda planlı davranış sərgiləyir və ətraf mühitə uyğun qərarlar qəbul edə bilirlər. Alimlər bu xüsusiyyətlərin uzun müddət yalnız insanlarda müşahidə edildiyini qeyd ediblər.
Mütəxəssislər hesab edirlər ki, yeni nəticələr heyvan zəka sistemi ilə bağlı elmi baxışların dəyişməsinə səbəb ola bilər.
Mənbə: Gazeta.ru
