22 C
Baku
19 Sentyabr 2024, 12:11
Baş xəbərDünya

Ağ Ev Putinin ABŞ seçkiləri ilə bağlı sözlərinə münasibət bildirib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-dakı prezident seçkiləri haqqında danışmağı dayandırsa və “müdaxiləni dayandırsa” Ağ Ev çox minnətdar olacaq.

“Birləşmiş Ştatların növbəti prezidentinin kim olacağını müəyyən etməli olan yeganə insanlar Amerika xalqıdır. Putin, birincisi, seçkilərimiz haqqında danışmağı dayandırsa, ikincisi, onlara müdaxiləni dayandırsa, biz çox minnətdar olardıq”, – Ağ Ev nümayəndəsi jurnalistlərlə onlayn brifinq zamanı bildirib (TASS-dan sitat).

Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib ki, ölkənin hazırkı prezidenti Co Bayden prezidentlik yarışından geri çəkildikdən sonra Kreml Kəmalə Harrisi ABŞ prezident seçkilərində favorit hesab edir. Eyni zamanda o qeyd edib ki, son seçimi Amerika xalqı edəcək və Rusiya hökuməti bu seçimə hörmətlə yanaşacaq. ABŞ-da prezident seçkiləri iki ay sonra, noyabrın 5-də keçiriləcək. Artıq 2017-2021-ci illərdə ölkə prezidenti vəzifəsini icra etmiş Donald Tramp Respublikaçılar Partiyasından namizəd olub. Co Baydenin əvvəlcə Demokratların namizədi olacağı gözlənilirdi, lakin o, namizədliyini geri götürdü. Onun yerinə vitse-prezident Kamala Harris Demokratlar Partiyasından namizəd olacaq.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İranda dolların məzənnəsi qalxdı

Aynur Əfəndi Zadə

Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya uğradı, 20 nəfər öldü

Aynur Camal

Azərbaycan İrana nota verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu