10 C
Baku
12 Dekabr 2024, 19:50
Dünya

Ağ Evdən Baydenə təkzib: O, müalicə görmür!

Ağ Ev ABŞ prezidenti Baydenin Parkinson xəstəliyindən müalicə alması ilə bağlı iddiaları təkzib edib.

Nevroloq Dr. Kevin Cannardın Ağ Evi ziyarət etdiyi barədə də açıqlama verildi…

ABŞ mətbuatında Parkinson xəstəliyi üzrə ixtisaslaşmış həkimin Ağ Evə 8 dəfə baş çəkməsi xəbərindən sonra Ağ Ev ABŞ prezidenti Co Baydenin Parkinson xəstəliyindən müalicə almadığını açıqlayıb.

Ağ Ev ABŞ prezidenti Co Baydenin Parkinson xəstəliyindən müalicə alması ilə bağlı iddiaları təkzib edib. ABŞ mətbuatında hərəkət pozğunluqları üzrə ixtisaslaşmış və bu yaxınlarda Parkinson xəstəliyi ilə bağlı məqalə dərc etdirən nevroloq Dr. Kevin Cannardın keçən yaydan bu ilin yazına qədər Ağ Evə səkkiz dəfə səfər etməsi ilə bağlı xəbərlərdən sonra Ağ Ev açıqlama verib.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre mətbuat konfransında Cannardın səfərini təsdiqləməkdən imtina edərək, hər kəsin şəxsi həyatına hörmət etmək istədiyini söyləyib. Jean-Pierre, Baydenin illik fiziki müayinələri ilə əlaqədar üç dəfə nevroloqa müraciət etdiyini və Baydenin Parkinson xəstəliyindən müalicə almadığını izah edib.

İyunun 27-də prezidentliyə namizəd Donald Trampla canlı debatda çıxışından sonra Baydenin açıqlanmayan xəstəlikdən əziyyət çəkə biləcəyi ilə bağlı narahatlıqlar artıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Sergey Lavrov: “Rusiya Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə kömək edəcək”

Nigar Məmmədova

Hollandiyadan olan Şotlandiya və Sfenks pişikləri üçün əlamətdar qərar

Aynur Camal

ABŞ mətbuatı Haniyə sui-qəsdi ilə bağlı şok iddia yazdı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu