29 C
Baku
16 İyul 2024, 20:04
Dünya

Napoleonun silahları 1,69 milyon avroya satıldı

Fransanın keçmiş imperatoru Napoleon Bonapartın özünü öldürmək üçün istifadə etdiyi silahlar hərracda 1,69 milyon avroya satılıb.

Fransız silah ustası Lui-Marin Qosset tərəfindən hazırlanmış və keçmiş Fransa imperatoru Napoleon Bonaparta məxsus silahlar hərraca çıxarılıb.

Napoleonun 1814-cü ildə intihara cəhd etdiyi Fontainebleau sarayının yaxınlığındakı Osenat Hərrac Evində dünən keçirilən hərracda silahlar 1,69 milyon avroya satılıb.

Qızıl və gümüşlə bəzədilmiş silahların üzərində Napoleonun profili həkk olunub.

Silahlar orijinal qutusu və müxtəlif aksesuarları, o cümlədən barıt qutusu ilə birlikdə hərracda satılıb.

Noyabrda keçirilən hərracda Napoleona məxsus papaq 1,9 milyon avroya satılıb.

Fransa Mədəniyyət Nazirliyi bu yaxınlarda silahları “milli sərvətlər” hesab edərək xaricə aparılmasını qadağan etmişdi. Bu qərar o deməkdir ki, Fransa hökuməti 30 ay ərzində adı açıqlanmayan alıcıya yeni təklif verməlidir.

Napoleonun orduların məğlubiyyətindən sonra 12 aprel 1814-cü ildə özünü öldürmək üçün bu silahlardan istifadə etdiyi bildirilərkən, köməkçisi Armand de Caulaincourt silahın içindəki barıtı boşaltaraq Napoleonun həyatını xilas etdi.

Daha sonra Napoleon zəhər sayəsində sağ qaldı. Napoleon sonradan silahları Caulaincourta verdi.

Mənbə: EnSonHaber

İntizar Əmirova

Oxşar xəbərlər

Fələstinlilərin sonsuz dramı: Nəkbə

Aynur Camal

İmran Xanın həbsinin “qanunsuz” olduğuna qərar verildi

Aynur Camal

‘Aralıq oruc’ diyetləri ilə məşhur olan həkim və televiziya xadimi yoxa çıxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu