10 C
Baku
13 Dekabr 2024, 0:30
Digər

Ağ xalatlı xilaskarlar…

Həkimlər… Neçə-neçə insanın pənah yeridi onlar… Kədər və ümid dolu baxışların  müqqəddəs ziyarətgahıdı onlar… Şəfalı əlləri, məsləhət və tövsiyələri ilə can qurtaran, ömür uzadan, gözlərdə sevinc, üzlərdə təbəssüm yaradan peşə sahibləridir onlar…

Həkimlər haqqında düşünəndə, nədənsə gəncliyini insanların sağlamlığı və yaşaması üçün qalın-qalın kitablar arasında keçirən, yeni məlumatlar öyrənərək, həyat qurtarmağa çalışan ağ xalatlı peşə sahibləri göz önünə gəlir. Mən deyərdim ki, hər ölkənin və ümumilikdə, dünyanın, bəşəriyyətin ən dəyərli insanlardır onlar və təbii ki, işini bacaranlar… Bəli, bu çox gözəl bir həqiqətdir və o da həqiqətdir ki, Azərbaycan səhiyyəsi də peşəkar həkimlərdən xali deyil.

Bu gün mən sizə peşəsinin haqqını verən, hər pasiyentə ayrılıqda diqqət ayırıb, dərindən müayinə edən, xəstələrinə sıradan bir xəstə kimi deyil, doğması kimi yanaşan, öz üzərində daim çalışan, savadı, təcrübəsi, ən əsası insani keyfiyyətləri ilə çoxlarına örnək olan bir həkimdən danışacam. Məsuliyyətini dərk edən, yüzlərlə insana yenidən həyat verən, cəsarəti və peşəkarlığı ilə pasiyentlərinin sevimlisinə çevrilən və nəhayət bir həkimi xilas edən həkimdən danışacam.

O, Vüqar Qapaqovdur. Peşəsinin bilicisi olan ürək-damar cərrahı V. Qapaqov hazırda  Mərkəzi Klinika Gəncə Xəstəxanasında çalışır. Fəaliyyət göstərdiyi və hətta göstərmədiyi tibb ocaqlarında belə, bu insan haqqında yalnız xoş və ürəkaçan sözlər eşitmək olar. Mən də eşitdim, həm də doğmam – Tovuz rayonunun həkim-terapevti Ələddin Quliyevin ürəyində yaranan narahatlıqla bağlı araşdırma apararkən eşitdim. Səhiyyə Nazirliyinin Tibbi Terapevtik Mərkəzinin baş həkimi Surxay Musayev də Vüqar həkim haqqında xoş fikirlər səsləndirdi: “Peşəkar insandı. Ona etibar etmək olar. Hələ haqqında mənfi bir fikir söyləyən olmayıb”. Dövlət Təhükəsizlik Xidmətində çalışan kardioloq Sərdar Abdullai və digər həkimlər də əməliyyatı Vüqar Qapaqova həvalə etməyimizi məsləhət gördülər. İnandıq, güvəndik və hisslərimizdə yanılmadıq. Həkim Ələddin Quliyev onun sayəsində yenidən həyata qayıtdı. Bizi sevindirdi, üzümüzü güldürdü.

Bəli, peşəkarlıq budur! Məsuliyyət, özünəgüvən, illərin təcrübəsi, pasiyentin özü  və yaxınlarının V.Qapaqova olan inamı, etibarı ilə bilrəşdi.Və daha bir həyatı qurtarmaq oldu.

Təşəkkürlər, dəyərli doktor Vüqar Qapaqov!

Təşəkkürlər, Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi Şəmil Bədəlov, Kardiologiya şöbəsinin müdiri Musa doktor, tibb heyəti Səlahəddin, Vüsal, Şamxal həkim, Vəfa və Kəmalə xanım!

Çox sağ olun dəyərli tibb bacıları!

Tanrı hər zaman sizi və yaxınlarınızı qorusun! Amin!

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Azərbaycanın gəmiçilik tarixində əhəmiyyətli hadisə baş verib

Aynur Camal

91 qeyri-qanuni mühacir xilas edilib, 62 qeyri-qanuni immiqrant tutuldu

Bugün TV

Ağır atletlərimiz dünya birinciliyinə qatılacaqlar

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu