Hadisə

Ağaclar küləkli havalarda təhlükə yaradır

Küləkli havalarda bəzi ərazilərdə ağaclar var ki, əsl təhlükə mənbəyinə çevrilir. Onlar hər an aşa bilər. Bu isə baş verə biləcək bədbəxt hadisəni qaçılmaz edir. Bəs belə ağaclar niyə budanmır?

Sakinlərin narazılıq etdiyi məsələni Bugun.tv-də araşdırıb. Qeyd edək ki, şəhərdə aparılan sorğu zamanı məlum oldu ki, şikayətlərin çoxu Qaradağ rayonu, Lökbatan qəsəbəsindən və Yasamal rayon, Abbas Mirzə Şərifzadə küçəsindəndir. Bu ərazilərdə kifayət qədər qoca ağaclar var ki, ya kəsilməli, ya da qurumuş budaqarı budanmalıdır.  Məsələ ilə bağlı Yasamal bələdiyyəsi ilə əlaqə yaradıldı. Qurumdam billdiridilər ki,  sözügedən ünvana baxış keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunacaq.

Yasamal bələdiyyəsinin mövqeyini öyrəndikdən sonra Qaradağ bələdiyyəsi ilə əlaqə yaratdıq. Bu qurumdan isə bildirildi ki, ağacları budamaq və ya kəsməyə ixtiarları yoxdu. “Bu məsələləri Ekologiya və Təbii Sərvətlər Nazirıliyi həll edir. Biz müraciət edirik. Onların rəylərini biləndən sonra, Yaşıllaşdırma idarəsinə deyirik. Onlar kəsib,  budayırlar”.

Unutmayaq ki, Bakı küləklər şəhəridir və güclü küləklər zamanı hansısa bədbəxt hadisənin baş verməməsi üçün əvvəlcədən təbdbir görülməlidir.

 

Bugün TV

Oxşar xəbərlər

Tədqiqat: Meşə yanğınları daha az ərazini əhatə etsə də, vurduğu zərər artır

Aynur Camal

Dörd miqrant işçi avtomobildə diri-diri yandırıldı

Aynur Camal

İranın PUA hücumu Küveyt hava limanını vurdu: 63 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu