Digər

Ağciyər xərçəngini müəyyən etmək mümükündür

Dünyada, eləcə də, ölkəmizdə ağciyər xərçəngindən dünyasını dəyişənlərin sayı gündən-günə  artır. Bu özünü gec büruzə verən, aşkarlandıqdan sonra isə sağalması nadir hallarda rastlanan xəstəliklərdəndir.

Bugun.tv xəbər verir ki, AMEA-nın Biofizika institutunda isə süni intellektin tətbiqi ilə ağciyər xərçənginin erkən təyini tədqiqatı həyata keçirilir.

Biofizika İnstitutunun elmi işçisi Arzu Aydəmirovanın sözlərinə görə, tədqiqat işində, əsasən 47 nəfər sağlam və eləcə də, 50 nəfər ağciyər kardenoması diaqnozu qoyulmuş xəstələrdən qan nümunələri toplanıb. Belə ki, qan nümunələrindən laboratoriya şəraitində plazma maddəsi ayrılıb. Həmin qan nümunələrinə Furye çevirici infroqırmızı spektorlar sağlam və xəstə insanlara tətbiq olunmaqla ağciyər xərçəngi modeli qurulub. Həmin model əsasında tətbiq olunan yəni yaradılan süni intellektsə, eləcə də anonim testlərə tətbiq edilərək diaqnostik proqnozlar üçün istifadəyə verilib”. Toplanılan qan nümunələri müəyyən əməliyyatdan keçdikdən sonra süni intellektin tətbiqi ilə yüksək dəqiqliklə kvalifikasiya edilib.

Biofizika institutu, eləcə də Milli Onkologiya Mərkəzi tərəfindən süni intellektin tətbiqi ilə qurulan sağlam ağciyər xərçəngi modeli bu xəstəlikdən əziyyət çəkənləri   80 – 90 faiz dəqiqliklə kvalifikasiya edə bilir. “Bu iş biologiya və tibb bölməsində,  fizika, riyaziyyat və texnika bölməsində, eləcə də Milli Elmlər Akademiyası heyətinin Tibb Universitetində keçirilən səyyar iclasda məruzə edilib. Həmkarlarımız geniş və hərtərəfli müzakirələr apardıqdan sonra yüksək şəkildə qiymətləndirilib” – deyə, Arzu Aydəmirova bildirib.

Qeyd edək ki, bu tədqiqatdan artıq Çin alimləri də bəhrələnib.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu