25 C
Baku
26 Sentyabr 2026, 17:58
Siyasət

Avropa İttifaqı Yunanıstana təyyarələr göndərdi

Bugun.tv xəbər verir ki, Avropa İttifaqının (Aİ) paytaxt Afina yaxınlığındakı Dervenoqoriya və Lutraki bölgələrində meşə yanğınlarının davam etdiyi Yunanıstana 4 yanğınsöndürmə təyyarəsi göndərilməsinə qərar verdiyi bildirilib. Təyyarələrin bu gün Yunanıstana çatacağı gözlənilir. Digər tərəfdən, Agios Haralambos və Lutraki ətrafındakı Panorama qəsəbələri ehtiyat tədbiri olaraq boşaldılıb.

Saronikos bölgəsində baş verən yanğında 3 könüllünün yüngül xəsarət aldığı bildirilib. Yunanıstan Meteorologiya Xidməti yanğın riskinin bu gün də yüksək olduğu barədə xəbərdarlıq edib. İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilyas dünən 81 nöqtədə meşə yanğınlarının baş verdiyini açıqlayıb. Kikilyas yanğınlarla əlaqədar 2 nəfərin nəzarətə alındığını açıqlayıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: “Avropa Parlamentindəki korrupsiya qalmaqalı ikili standartlarla bağlı suallar yaradır”

Aynur Camal

Neftin qiyməti ABŞ ehtiyatlarının artması fonunda ucuzlaşdı

Aynur Camal

Vüqar Bayramov: Ermənistanın revanşist qüvvələri dəstəkləməsi sülh gündəliyinə sadiqliyinə şübhə yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu