Avropa İttifaqı Gürcüstanda müxalifət və prezident Salome Zurabişvilinin parlament seçkilərində qanun pozuntusu ilə bağlı iddialarının araşdırılmasını tələb edib.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Aİ Şurası tərəfindən verilən birgə yazılı açıqlamada Gürcüstanda seçkilərdən sonra baş verən hadisələrin yaxından izləndiyi bildirilib.
Bəyanatda deyilir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəhbərlik etdiyi Beynəlxalq Seçki Müşahidə Missiyasının verdiyi ilkin nəticələr seçkinin “səsvermə sirrinin pozulduğu, müxtəlif prosedur uyğunsuzluqlarının yaşandığı gərgin bir mühitdə” keçirildiyini göstərib. “Və seçicilərin təhdid edilməsi və sıxışdırılması ilə bağlı hesabatlar ictimaiyyətin prosesə inamına mənfi təsir göstərib”.
Bəyanatda seçki pozuntuları və qanun pozuntuları ilə bağlı iddiaların sürətli, şəffaf və müstəqil şəkildə araşdırılması tələb edilib və “Qanunsuzluqlara aydınlıq gətirilməlidir. Bu, seçki prosesinə etimadın bərpası üçün zəruri addımdır” deyilib.
Mənbə: EnSonHaber