Image default
Baş xəbərDünya

Tropik “Trami” qasırğasında ölənlərin sayı 116-ya çatıb

Filippində “Trami” tropik qasırğasının səbəb olduğu daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 116-ya yüksəlib.

Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasının (NDRRMC) verdiyi açıqlamada fırtınanın yaratdığı sel və torpaq sürüşmələrində can itkisinin 116-ya yüksəldiyi, itkin düşən 39 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

Açıqlamada 17 bölgədə 6,7 milyondan çox insanın fırtınadan zərər çəkdiyi, sel sularının magistral yolları və körpüləri dağıtdığı qeyd edilib.

Bildirilib ki, bir çox rayonlarda içməli su qıtlığı var, elektrik enerjisi də yoxdur.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Proqram xətası: yüzlərlə ABŞ vətəndaşı olmayan şəxs səs verdi

Aynur Camal

Tramp Ağ Ev müxbirlərinin ənənəvi şam yeməyinə qayıdır

Aynur Camal

Nvidia ABŞ-da 1,5 milyard dollarlıq çip layihəsinə başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu