Digər

Aİ-nin ali nümayəndəsi: Moskvanı sülhə məcbur etmək üçün təzyiqi artırmaq lazımdır

Bugun.tv xarici mediaya istinadla xəbər verir ki, Aİ müdafiə nazirlərinin görüşündən əvvəl bəyantla çıxış edən Kallas Rusiyanın son hücum dalğasının Moskvanın sülh səylərinə məhəl qoymadığını göstərdiyini vurğulayıb. O deyib: “Bu hücumlar göstərir ki, Putin hər cür sülh səylərini ələ salır. Beləliklə, əsas vəzifə Rusiyaya təzyiq göstərməkdir. Onların başa düşdüyü budur, təzyiq”. Ali nümayəndə təsdiqləyib ki, nazirlər diqqəti hərbi yardımın sürətləndirilməsinə yönəldəcəklər. O əlavə edib: “Ukraynanın hazırda güclü hərbi dəstəyə ehtiyacı var və buna görə də biz məsələni müdafiə nazirləri ilə də müzakirə edirik. Sursatla bağlı təşəbbüsümüz var və biz bu ilin sonuna qədər vaxt təyin etmişik” O, hər hansı bir sülh razılaşması əldə olunduqdan sonra da görüləcək tədbirlərə toxunub: “Avropa İttifaqı səviyyəsində bizim təhlükəsizlik zəmanətlərinə verdiyimiz töhfə təlim missiyası, hərbi missiya, həmçinin Ukraynanın müdafiə sənayesinə verəcəyimiz dəstəkdir.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu