Dünya

Aİ Rusiya ilə potensial danışıqlara hazırlaşır – Antonio Kosta

Bugun.tv– xəbər verir ki, Avropa İttifaqı Ukraynadakı münaqişə ilə bağlı Rusiya ilə, o cümlədən Rusiya Prezidenti Vladimir Putin ilə potensial danışıqlara hazırlıq aparır.

Bu barədə Avropa Şurasının Prezidenti Antonio Costa bildirib.

“Financial Times” qəzetinə istinadən yayılan məlumata görə, Kosta Aİ-nin 27 üzv ölkəsinin liderləri ilə məsləhətləşmələr apardığını və mümkün danışıqlar üçün uyğun formatın müəyyənləşdirildiyini deyib. Onun sözlərinə görə, məqsəd vaxtı çatdıqda Rusiya ilə hansı mövzuların effektiv şəkildə müzakirə oluna biləcəyini dəqiqləşdirməkdir.

Kosta bildirib ki, Avropa İttifaqının Vladimir Putinlə danışıqlar aparmaq üçün “potensialı” mövcuddur. Qəzetin yazdığına görə, Avropa liderlərinin mövqeyindəki dəyişiklik ABŞ Prezidenti Donald Trumpın Ukrayna münaqişəsinin həllinə yanaşmasından yaranan narazılıqla əlaqələndirilir.

Eyni zamanda Avropa rəsmiləri son dövrlərdə Rusiya ilə dialoqun bərpası ehtimalını istisna etmirlər. Avropa Parlamentinin Lüksemburqlu üzvü Fernand Kartheiser isə TASS-a bildirib ki, Rusiya ilə dialoqun zərurətini daha yaxşı anlamaq üçün Avropa Parlamentinin üzvlərinə Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda (SPIEF) iştirak dəvəti göndərilib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Duz həqiqətən böyrəklər üçün zərərlidirmi?

Aynur Camal

ABŞ-də bəzi məktəblərdə təhlükəsizlik dronları dövrü başlayır

Aynur Camal

“Livanda yaradılacaq yeni mexanizm Netanyahuya narahatlıq yaradıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu