Texnologiya

AI şirkəti Anthropic-in dəyəri $350 milyard ola bilər

Süni intellekt sahəsində fəaliyyət göstərən ABŞ mərkəzli Anthropic şirkəti yeni investisiya raundu çərçivəsində təxminən 10 milyard dollar vəsait cəlb etməyi planlaşdırır. Reuters-ə danışan mənbələrə görə, bu maliyyələşdirmə şirkətin bazar dəyərini 350 milyard dollara qədər yüksəldə bilər ki, bu da onu dünyanın ən dəyərli texnologiya şirkətlərindən birinə çevirə bilər.

Anthropic əsasən Claude adlı süni intellekt modelləri ilə tanınır və təhlükəsiz AI texnologiyalarının inkişafına fokuslanır. Şirkət OpenAI və Google kimi nəhənglərlə rəqabət aparır. Son dövrlərdə generativ süni intellektə qlobal marağın sürətlə artması investorların bu sektora yönəlməsini daha da gücləndirib.

Maliyyə analitikləri bildirirlər ki, belə yüksək dəyərləndirmə süni intellekt bazarında “AI köpüyü” müzakirələrini yenidən gündəmə gətirib. Bununla belə, böyük texnologiya şirkətləri və fondlar AI-nin gələcək iqtisadi təsirinə inanaraq bu riskləri qəbul etməyə hazır görünürlər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Çin humanoid robot bazarında qlobal tədarükün 97 faizindən çoxuna nəzarət edir

Aynur Camal

Telefonları öz-özünə idarə edən süni intellekt gəlir

Aynur Camal

Meta Avstraliyada 16 yaşdan aşağı istifadəçilərin sosial media hesabını bağladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu