17 C
Baku
10 İyun 2025, 4:46
Baş xəbərSosial

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şirvan şəhərində tədbiri baş tutub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsi tərəfindən uşaq əməyinin istismarı və insan alveri qurbanı olmasının qarşısının alınması sahəsində qurumlararası işin təşkili məqsədilə Şirvan şəhər Gənclər Evində tədbir həyata keçirilib.

Bu barədə Bugun.tv-yə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Fariz Əkbərov məlumat verib.
Tədbirdə Şirvan, Neftçala, Hacıqabul, Salyan və Sabirabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları, Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektorları, rayon Polis İdarələrinin Post Patrul Xidmətinin Manqa Komandirləri, eləcə də kiçik və orta bizneslə məşğul olan sahibkarlar iştirak edib.
Tədbirdə AQUPDK-nin əməkdaşı Şəbnəm Cəfərova iştirakçılara Komitənin müvafiq sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Fariz Əkbərov ekspert qismində çıxış ediblər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu səfər əməkdaşlığın daha da inkişaf etdirilməsinə zəmin yaradacaq

Aynur Camal

Prezident: “Belə təəssürat yaranır ki, Ermənistana kimsə nə isə vəd edib”

Nigar Məmmədova

Azərbaycan və Ermənistan xəritədə razılaşdılar: Tezliklə sülh gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu