25 C
Baku
27 İyul 2024, 4:56
Baş xəbərMədəniyyət

Akademik Musiqili Teatrda Yeni il ərəfəsi premyera – “Sehrli nəğmə”

Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı ərəfəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uşaqlar və gənc tamaşaçılar üçün nəzərdə tutulan beynəlxalq layihə – “Sehrli nəğmə” musiqili tamaşasının premyerası olacaq.

Bugun.tv xəbər verir ki , “Cartier Evi”nin əməkdaşlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn səhnə əsəri 18 dekabr saat 14:00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Musiqili Teatra dəvət olunan Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən olan teatr mütəxəssislərinin hazırladığı tamaşanın bəstəkarı Diana Hacıyeva, libretto müəllifi dramaturq Polina Korotıç, quruluşçu rejissoru Anton Morozovdur.

Tamaşanın süjet xəttinin rəngarəngliyi fonunda əsas məqsəd insan həyatını poetik çalarlarla göstərmək və özünüdərk mövhumunu aşılamaqdır.
Layihənin art direktoru Miroslav Bayda, yaradıcı prodüsseri Anastasiya Şevçenko, icraçı prodüsseri Yelizaveta Lyubimova, folklor üzrə məsləhətçiləri Fərhad Fərzəli, Mariya Nəzərova, əsərin bədii tərcüməsinin müəllifi isə Aytən İsmixanovadır.
Tamaşanın ideya müəllifi və yaradıcı direktoru Viktoriya Motornyuk, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, bədii tərtibatçısı və geyim üzrə rəssamı Alina Korıtova, rəqslərin quruluşçusu, xoreoqraf Maks Petrov, işıq üzrə rəssamı Konstantin Binkin, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Afər Tağıyevadır.
Tamaşada Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Zaur Əliyev, Diana Hacıyeva, Nigar Qarayeva, Ofeliya Məmmədova, Hidayət Əliyev, Murad Əliyev, Adelin Öztürk, Əli Kərimov, xor artistləri Elşad Qasımov, Fatimə Vəliyeva, balet artistləri Kamran Həsənov, Mehrac Talıbzadə, Aynurə Əsgərova, Yaqub Bəhramov, Roman Krasnov, Məhəmməd Abdullayev, Elvira Əzizova, Anna Cabbarova, Mətanət Rəcəbli, Cəmilə Mənsurova iştirak edəcəklər.
Səhnə əsərində səsləndirilən laylaların musiqiləri Əməkdar incəsənət xadimi Zakir Bağırova, sözləri isə Xalq şairi Bəxtiyar Vahabzadəyə aiddir.
Biletləri şəhərin bütün teatr-konsert
kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “https://iticket.az/ru” saytından əldə etmək olar.Kollektiv sifarişlər qəbul olunur.

Oxşar xəbərlər

Xəzərin qiymətli “MİRAS”ı…

Bugün TV

Gömrük qapısında Python ələ keçirildi

Kəmalə Sultan

Tanınmış jurnalist Azərbaycan Fotoqrafları Birliyinə üzv edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu