20 C
Baku
13 İyun 2025, 23:40
Səhiyyə

Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Bugun.tv xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Səhiyyə Nazirliyi ilə birlikdə akademik Mustafa Topçubaşovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Sərəncamda qeyd edilib ki, 2025-ci ilin avqust ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 ili tamam olur.

Akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuza malik şəxsiyyətdir. O, Azərbaycan tibb elminə mühüm nailiyyətlər qazandırmış, tibb təhsili və səhiyyə sisteminin müasir əsaslar üzərində qurulması işinə misilsiz töhfələr vermişdir. Mustafa Topçubaşov respublikada cərrahlıq elmi məktəbinin banilərindəndir. Təbabətin müxtəlif sahələri üzrə müalicə texnologiyalarının və cərrahi problemlərin kompleks şəkildə öyrənilməsi yenilikçi alimin fundamental araşdırmalarının başlıca istiqamətlərini təşkil etmişdir. Praktiki cərrahiyyədə geniş yayılmış orijinal müalicə üsullarının tətbiqi və beynəlxalq miqyasda Azərbaycan cərrahiyyəsinin layiqincə təmsil olunması Mustafa Topçubaşovun adı ilə sıx bağlıdır.

Mənbə: Report.Az

Aynur Camal

Oxşar xəbərlər

Tədris Terapevtik Klinikanın keçmiş direktoru dünyasını dəyişdi

Bugün TV

Səhiyyə Nazirliyi xəbərdarlıq edir

Bugün TV

ÜST və Səhiyyə Nazirliyinin birgə layihələri davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu