Səhiyyə

Albalının xərçəngə qarşı faydaları

Alimlər müəyyən ediblər ki, tünd rəngli şirin albalınin tərkibində olan maddələr döş xərçənginin ən aqressiv formalarından birinin inkişafını ləngidə bilər.

Araşdırma Texas A&M University alimləri tərəfindən aparılıb və nəticələr International Journal of Molecular Sciences jurnalında dərc olunub.

Tədqiqat döş xərçənginin ən təhlükəli növlərindən sayılan Üçqat mənfi döş xərçəngi üzərində aparılıb. Bu xəstəlik növü standart müalicə üsullarına daha çətin cavab verir və tez-tez metastaz verir.

Eksperimentlər zamanı alimlər siçanlar üzərində albalı ekstraktında olan antosianinlər maddəsinin təsirini araşdırıblar. Nəticələr göstərib ki, bu maddələr şişin böyüməsini xeyli ləngidir və xüsusilə ağciyərlərə metastaz riskini azaldır.

Tədqiqat həmçinin göstərib ki, antosianinlər metastaz, iltihab və şiş hüceyrələrinin yaşaması ilə əlaqəli bəzi genlərin aktivliyini azalda bilir. Bu maddə kimyaterapiyada istifadə edilən Doksorubisin preparatı ilə birlikdə tətbiq edildikdə isə müsbət təsir daha tez müşahidə olunub.

Alimlər qeyd ediblər ki, bu nəticələr hələ laboratoriya mərhələsinə aiddir və albalı xərçəngin müalicəsini əvəz edə bilməz. Bununla belə, təbii maddələrin aqressiv xərçəng formalarının müalicəsində əlavə vasitə kimi istifadə perspektivi olduğu bildirilir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər: Fruktoza orqanizmdə iltihabı və narahatlığı artıra bilər

Aynur Camal

Göbələklər gözləniləndən daha faydalı çıxdı

Aynur Camal

Xərçəng riskini azaltmaq üçün 11 vacib addım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu