DigərHadisə

Albaniya parlamentinə tüstü bombası atıldı

Bugun.tv xəbər verir ki, Albaniyada müxalifət deputatları parlamentin iclası zamanı tüstü bombaları atıblar.
Albaniyada Sosialist Partiyasının rəhbərlik etdiyi hökuməti korrupsiyada ittiham edən opponentlər parlamentdə maraqlı aksiya keçirərək, korrupsiya faktlarını araşdırmaq üçün komissiya yaradılmasını tələb ediblər.

“TRT Haber“in məlumatına görə, müxalifətdən olan deputatlar əvvəlcə stulları tərsinə çevirərək iclasın keçirildiyi zalın ortasına yığıblar.Zala daxil olanda oturmağa yer tapa bilməyən hakim partiyanın deputatları bir qədər dayanıb, sonra başqa otaqlardan stul gətirib əyləşiblər.

İclas başlayandan sonra müxalifətin iki tüstü bombası atması parlamenti tüstü içində qoyub.

Parlamentin sədri Lindita Nikolla insidentdən sonra iclası başa vurub.

Nikolla növbəti sessiyanın nə vaxt keçiriləcəyinin bir neçə saat ərzində açıqlanacağını açıqlayıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Sərnişin qatarı lokomotivlə toqquşdu: 8 nəfər yaralandı

Aynur Camal

Okinavada ABŞ hərbçisinin həbsi Yaponiyada narazılıq yaratdı

Aynur Camal

Park yeri mübahisəsi qanlı nəticələndi: 12 yaşlı qız öldürüldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu