Siyasət

Albaniya prezidenti Azərbaycanın Avropanın enerji təchizatına verdiyi mühüm töhfəni yüksək qiymətləndirib

Albaniya Prezidenti İlir Meta bildirib ki, Azərbaycan Avropaya enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verməkdə davam edir.

Bugün.tv xəbər verir ki, bunu prezident  “Qlobal dünya nizamına çağırışlar” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Albaniya lideri Trans-Adriatik Boru Kəmərinin (TAP) mümkün genişləndirilməsinin Avropaya qaz tədarükünü artırmağa kömək edəcəyinə ümid etdiyini bildirib.

O, bildirib ki, IX Qlobal Bakı Forumu qlobal gündəmdəki aktual məsələləri, o cümlədən Ukrayna müharibəsi, COVID-19 pandemiyasının nəticələri və enerji təhlükəsizliyi məsələlərini müzakirə etməyə imkan verəcək.

Bugün TV

Oxşar xəbərlər

Paşinyan Blinkenlə Azərbaycanla münaqişənin gərginləşməsindən danışdı

Bugün TV

Dmitri Peskov: “Çoxdandır ki, Makrondan ABŞ-a qarşı sərt tənqidlər eşitmirdik”

Nigar Məmmədova

Milli Məclis Fransa senatında beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı bəyanat qəbul edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu