Siyasət

Böyük Britaniyanın Baş naziri B.Conson: Azərbaycanın alternativ kimi mühüm rolu var

Bugün.tv bildirir ki,  Böyük Britaniyanın baş naziri Boris Conson IX Qlobal Bakı Forumunun açılışı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda  Azərbaycanın   alternativ kimi   mühüm rolu olduğunu deyib.

“Eyni zamanda, iqlim dəyişikliyi artıq bir nəzəriyyə deyil. Daha isti, daha quru və qeyri-sabit havanın reallığı bu gün bütün dünyada yaşayış yerlərini zədələyir və həyatları sona çatdırır. İqlim dəyişikliyinin gələcək ən pis təsirlərinin qarşısını almaq üçün biz bərpa olunan enerji mənbələrinə sürətli keçidi  mümkün qədər tez  çatdırmalıyıq. Növbəti aylarda və illərdə bərpa olunan enerji mənbələrinə böyük sərmayə qoyulacaq”, – deyə Böyük Britaniyanın baş naziri bildirib.

B.Conson Azərbaycanın beynəlxalq turnirlərə uğurla ev sahibliyi etməsini də yüksək qiymətləndirib.

“Forumdan başqa, mən bilirəm ki, Azərbaycan pandemiyadan sonra biznes üçün yenidən uğurlu bir il keçirdi, Avro 2020 futbol turnirinə və Formula 1-ə uğurla ev sahibliyi etdi. Sizin silahlı qüvvələriniz Kabildə NATO ilə birgə fəaliyyət göstərmək üçün cəsarət və bacarıqlarını nümayiş etdirdi. hava limanını mühafizə etmək üçün son ana qədər koalisiya qüvvələrinə dəstək verdilər” deyə o əlavə edib .

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Qin Qanq: “Amerika Tayvan məsələsində Çinin suverenliyinə hörmət etməlidir”

Nigar Məmmədova

52 ildən sonra taxtdan imtina etdi

Bugün TV

İqor Qirinko: “Amerika bizə qarşı qərəzlidir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu