Albaniya Prezidenti İlir Meta bildirib ki, Azərbaycan Avropaya enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verməkdə davam edir.
Bugün.tv xəbər verir ki, bunu prezident “Qlobal dünya nizamına çağırışlar” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Albaniya lideri Trans-Adriatik Boru Kəmərinin (TAP) mümkün genişləndirilməsinin Avropaya qaz tədarükünü artırmağa kömək edəcəyinə ümid etdiyini bildirib.
O, bildirib ki, IX Qlobal Bakı Forumu qlobal gündəmdəki aktual məsələləri, o cümlədən Ukrayna müharibəsi, COVID-19 pandemiyasının nəticələri və enerji təhlükəsizliyi məsələlərini müzakirə etməyə imkan verəcək.