Dünya

Ali Məhkəmənin hakimini qaçırıblar

Nigeriyada terror təşkilatı Boko Haram üzvləri ölkənin şimal-şərqindəki Borno əyalətində Ali Məhkəmənin hakimini qaçırıb.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, Borno əyalətinin Buratai-Buni Qari avtomobil yolunda terrorçular ştatın Ali Məhkəməsində işləyən hakim Haruna Mşelianın maşınına hücum ediblər.

Boko Haram üzvü terrorçular hakim Mşelianı və onun ərini, həmçinin avtomobildə olan 2 nəfəri qaçırıblar.

Borno əyalət polisinin sözçüsü Nahum Daso hücumu təsdiqləyib və qaçırılan şəxslərin tapılması üçün araşdırmalara başlanıldığını bildirib.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan terror təşkilatı Boko Haramın 2009-cu ildən bu yana təşkil etdiyi kütləvi zorakılıqlarda 20 mindən çox insan həyatını itirib.

Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib. Təşkilatın Çad Gölü hövzəsindəki hücumlarında ən az 2 min adam həyatını itirib.

Mənbə: Haber Global

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu