Lund Universitetinin alimləri yağlı pendir və qaymaq istehlak edən insanların qocalıqda demensiyaya tutulma ehtimalının daha az olduğu qənaətinə gəliblər.
Tədqiqatın müəllifləri İsveçin Malmö şəhərinin 27.000 sakininin pəhrizini araşdırıblar və onların hər biri qida gündəliyi aparıb. Ən azı 20 faiz yağ tərkibli ən azı 50 qram pendir yeyən könüllülərdə demensiya, xüsusən də damar demensiyası riski daha aşağı olub. Eyni şey ən azı 30 faiz yağ tərkibli qaymaq üçün də keçərlidir.
Yüksək yağlı pendirlər və qaymaqla demensiya riskinin azalması arasındakı əlaqə səbəb-nəticə əlaqəsi olmaya bilər, lakin alimlər alternativ bir izahat təqdim etmirlər.
Mənbə: mail.ru
