15 C
Baku
25 İyun 2025, 6:41
Dünya

Alimlər izah etdilər: Dünyadakı oksigen nə vaxt yox olacaq?

Alimlər atmosferdəki oksigen səviyyəsinin təxminən 1 milyard ildən sonra azalacağını açıqlayıblar. Bildirilib ki, oksigen itkisi günəş şüalarının yaratdığı suyun buxarlanmasından və okeanların yoxa çıxmasından əvvəl baş verəcək.

Yaponiyanın Toho Universiteti və ABŞ-ın Corciya Texnologiya İnstitutunun alimlərinin birgə araşdırması Yer atmosferində baş verəcək böyük dəyişikliyi üzə çıxarıb. Araşdırmalara görə, atmosferdəki oksigen səviyyəsi təxminən 1 milyard ildən sonra azalacaq.

Alimlər oksigen itkisinin günəş şüalarının yaratdığı suyun buxarlanmasından və okeanların yoxa çıxmasından əvvəl baş verəcəyini bildiriblər. Bildirilib ki, bu, bəşəriyyətin və oksigenlə yaşayan bir çox canlı növlərinin sonu deməkdir.

Araşdırmanı aparan elm adamlarından Kazumi Ozaki, “Uzun illər Yer kürəsində həyatın müddəti günəşin parlaqlığının artması və qlobal geokimyəvi dövrlər əsasında hesablanırdı. Ancaq bu model atmosferdəki oksigenin sabit qalmaya biləcəyini göstərir” deyib.

Araşdırmaya görə, Yerin oksigenlə zəngin həyat dövrü planetin ümumi həyatının yalnız 20-30 faizini əhatə edəcək. Oksigen itkisi ilə bitkilər və fotosintetik orqanizmlər yox olacaq, lakin anaerob mühitlərdə və ya oksigensiz mühitlərdə yaşayan mikroorqanizmlər sağ qala biləcəklər.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Moldova da Ukrayna taxılından imtina etdi

Aynur Camal

Çili bibəri ilə bal yeyəndə o xəstəlikdən əsər-əlamət qalmır

Aynur Camal

Kiberhücum zamanı milyonlarla insanın şəxsiyyət məlumatları oğurlandı!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu