Maraqlı faktlar

Alimlər pişiklərdə körpələrə xas utancaqlıq davranışı aşkar ediblər

Pişiklərin davranışları ilə bağlı yeni araşdırma onların bəzilərində insan körpələrində müşahidə olunan utancaqlığa bənzər xüsusiyyətlərin olduğunu üzə çıxarıb. Məlum olub ki, bəzi pişiklər yad insanlardan çəkinsələr də, eyni zamanda onlara yaxınlaşmaq üçün maraq göstərirlər.

Bugun.tv xəbər verir ki, Yaponiyanın Kyoto Universitetinin tədqiqatçısı Madoka Hattorinin rəhbərlik etdiyi araşdırma noyabrın 4-də “PLOS One” elmi jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 310 ev pişiyinin davranışı öyrənilib. Alimlər pişik sahiblərinin cavabları əsasında heyvanların qorxu, ünsiyyətə meyillilik və yad insanlara münasibət xüsusiyyətlərini təhlil ediblər.

Nəticədə pişiklər dörd əsas davranış qrupuna ayrılıb: yüksək ünsiyyətcil, ünsiyyətcil, qorxaq və utancaq. Sonuncu qrupdakı heyvanlar yad insanlardan çəkinsələr də, onlara yaxınlaşmağa meyil göstəriblər. Bu davranış insan körpələrindəki utancaqlığa bənzədilib.

Erkək və küçədən götürülmüş pişiklərdə daha çox müşahidə olunub

Araşdırmaya əsasən, bu xüsusiyyət erkək pişiklərdə və əvvəllər küçədə yaşamış heyvanlarda daha çox qeydə alınıb.

Tədqiqatçılar hesab edirlər ki, pişiklərin fərdi xarakterini daha yaxşı anlamaq onların qayğısına qalmağa və sığınacaqlarda saxlanma şəraitini yaxşılaşdırmağa kömək edə bilər.

Mənbə: SciMex

Aynur Camal

Oxşar xəbərlər

Bitkilər üçün işığı çevirən yeni material hazırlanıb

Aynur Camal

Pinqvinlərin ifrazatı Antarktida qarının daha sürətlə əriməsinə səbəb ola bilər

Aynur Camal

Kəpənəklər yarasalardan qorunmaq üçün qeyri-adi üsuldan istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu