öküz, eşşək, heyvan davranışı, alimlər, qeyri-adi münasibət, zoologiya, heyvanlar aləmi, maraqlı xəbərlər
Maraqlı faktlar

Alimləri təəccübləndirən qeyri-adi dostluq: öküz və erkək eşşək bir-birindən ayrılmır

Bugun.Tv xəbər verir ki, tədqiqatçılar öküzlə erkək eşşək arasında uzun müddət davam edən qeyri-adi sosial və cinsi davranış əlaqəsi müşahidə ediblər. Alimlər bu münasibətin heyvanlar arasındakı sosial davranışların daha mürəkkəb olduğunu göstərdiyini bildirirlər.

“The Guardian”ın məlumatına görə, Achille adlı öküz və Patroclo adlı eşşək birlikdə otlaqda vaxt keçirib, bir-birini axtarıb və yaxınlıq göstərib. Müşahidələr zamanı onların bir-birinə sürtünməsi, yalanması və digər qarşılıqlı davranışları qeydə alınıb.

Tədqiqatçılar bildirirlər ki, eşşək öküzün diqqətini qəbul edib, başqa erkək öküzlərə isə fərqli reaksiya göstərib. Achille eyni zamanda dişi mal-qara ilə də maraqlanıb.

Araşdırmanın müəllifləri bu davranışın dəqiq səbəbini müəyyənləşdirməyin mümkün olmadığını vurğulayırlar. Onların fikrincə, heyvanlar arasındakı belə münasibətlər yalnız çoxalma ilə bağlı olmaya, sosial yaxınlıq funksiyası da daşıya bilər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

2026-cı ildə üç dəfə 13-ü cümə gününə təsadüf edib: növbəti belə tarix nə vaxt olacaq?

Aynur Camal

100 plastik butulkadan günəş enerjili suqızdırıcı hazırlayıb qənaət edə bildi

Aynur Camal

Köhnə xəritədəki üç söz 346 illik gəmi xəzinəsinin izinə aparıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu