Image default
Maraqlı faktlar

Alimlər inəkləri zebra kimi boyadılar, qan soranların sayı yarıya endi

Bugun.tv xəbər verir ki, Yaponiya alimləri zebra zolaqlarının qan soran milçəkləri uzaqlaşdırması ilə bağlı nəzəriyyəni yoxlamaq üçün maraqlı təcrübə aparıblar. Tədqiqat çərçivəsində qara rəngli inəklər ağ zolaqlarla boyanaraq zebra görünüşü yaradılıb.

Eksperimentdə altı yapon qara cins inəyi üç qrupa bölünüb. Birinci qrupun üzərinə ağ boya ilə zebra zolaqları çəkilib, ikinci qrupa yalnız qara boya tətbiq olunub, üçüncü qrup isə heç bir dəyişiklik edilmədən nəzarət qrupu kimi saxlanılıb. Daha sonra alimlər heyvanların üzərinə qonan qan soran milçəklərin sayını və onların milçəklərdən qorunmaq üçün göstərdikləri davranışları müşahidə ediblər.

zebra zolaqları ilə inəklərlə Yaponiyada elmi araşdırma, heyvandarlıq, ekoloji üsul, təcrübə

Araşdırmanın nəticələrinə görə, zebra zolaqları çəkilən inəklərin üzərinə qonan milçəklərin sayı digər qruplarla müqayisədə təxminən 50 faiz az olub. Eyni zamanda bu heyvanların quyruq yelləmə, qulaq tərpətmə, ayaq vurma və dərini titrədərək milçəkləri qovmağa çalışma kimi davranışları da əhəmiyyətli dərəcədə azalıb.

Yaponiyada elmi araşdırma

Alimlər bildiriblər ki, əldə olunan nəticələr boyanın deyil, məhz qara və ağ zolaqların yaratdığı vizual effektin milçəklərin enişini çətinləşdirdiyini göstərir. Tədqiqat müəllifləri hesab edirlər ki, bu üsul gələcəkdə iri buynuzlu heyvandarlıqda kimyəvi həşərat dərmanlarına ekoloji cəhətdən daha təhlükəsiz alternativ ola bilər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Gölləri təmizləyən üzən adalar hazırlandı

Aynur Camal

Volkswagen günəş elektrik stansiyasında qazonbiçənləri qoyunlarla əvəz etdi

Aynur Camal

Robot tozsoran həvəsi 8 yaşlı uşağı YouTube fenomeninə çevirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu