Bugun.tv xəbər verir ki, beynəlxalq alimlər qrupu Ay’a uçuşlarda yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaldacaq yeni kosmik marşrut aşkar edib. TRT Haber-in məlumatına görə, Portuqaliyanın Coimbra Universiteti və Braziliyanın Sao Paulo Universiteti alimlərinin rəhbərlik etdiyi tədqiqat qrupu xüsusi kompüter modelləri vasitəsilə təxminən 30 milyon fərqli trayektoriyanı analiz edib.
“Astrodynamics” jurnalında dərc olunan araşdırmada bildirilib ki, yeni marşrut Yer və Ayın cazibə qüvvəsindən maksimum şəkildə istifadə etməyə imkan verir. Alimlər ənənəvi trayektoriyalardan fərqli olaraq kosmik gəminin orbitə əks istiqamətdən daxil olmasının daha səmərəli nəticə verdiyini müəyyən ediblər.
Mütəxəssislərin sözlərinə görə, bu üsul saniyədə təxminən 58,8 metr daha az yanacaq sərfiyyatı yaradır ki, bu da kosmik missiyalar üçün milyonlarla dollar qənaət deməkdir.
Yeni trayektoriyanın digər üstünlüyü isə rabitənin kəsilməməsidir. Bildirilir ki, Ayın arxa hissəsinə keçən kosmik aparatlarla əlaqə adətən itirilsə də, yeni marşrut Yer ilə daimi əlaqəni qorumağa imkan verəcək.
Mənbə: TrtHaber
