Bugun.tv diyetoloq Fuad Məcidovun sosial şəbəkədəki çıxışına istinadən alma sirkəsinin faydalarını açıqlayır.
Bu məhsul protein mübadiləsinə çox müsbət təsir göstərir. Eyni zamanda zülal nəticəsində əmələ gələn bütün kənar, lazımsız məhsulları bədəndən xaric edir. Alma sirkəsi immuniteti, bədən müqavimətini gücləndirir. Xolesterolu aşağı salır və damarları təmizləyir.
“Qanın hərəkətini sürətləndirir. İnsanı arıqladır. Qalxanabənzər vəziyə müsbət təsir göstərir, qara ciyəri təmizləyir. Eyni zamanda alma sirkəsi təzyiqi, qanda yüksək olan şəkəri aşağı salır. Xüsusən də, diabet xəstələrinə alma sirkəsindən istifadə etmələrini məsləhət görürəm”.
Diyetoloqun sözlərinə görə, alma sirkəsi damar divarlarının elastikliyini bərpa edir və kalsiumun bədəndən qana sovrulmasına müsbət təsir göstərir. “İnsult, xərçəng kimi təhlükəli xəstəliklərin profilaktikasında alma sirkəsi çox yaxşıdır. Gündə 1- 2 çay qaşığı yeməkdən 10-15 dəqiqə sonra ya suya qatıb içə, ya da ki salatlara qatıb yeyə bilərsiniz”,- F.Məcidov əlavə edib.
Müəllif: Qaytən Qasımzadə