Baş xəbər

31 Mart -Azərbaycan tarixinin qanlı səhifəsi…

Ermənilər qonşumuz olduqdan sonra Azərbaycan tarixində imza atdıqları çoxsaylı faciələrdən biri də 105 il öncəyə təsadüf edir. 1918-ci il mart ayının 30-dan aprelin 3-ə qədər Bakıda, sonrakı dövrlərdə isə Azərbaycanın digər bölgələrində, o cümlədən Quba, Şamaxı, Lənkəran Gəncə, İrəvan quberniyasının müxtəlif qəzalarında Azərbaycana qarşı törədilmiş qanlı qırğınlar həyata keçirilib.

Mövzu ilə bağlı AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarixçi Elnur Kəlbizadə Bugun.tv-yə 31 Mart soyqırımı günü ilə bağlı danışıb. “1918-ci il hadisələri təkcə Azərbaycan tarixinin deyil, həm də bütün Qafqaz tarixinin ən qanlı qırğınlarından birdir. Birinci Dünya Müharibəsinin nəticələri bütün dünyada olduğu kimi Qafqaz regionunda da şərtləri dəyişdirdi. Belə ki, Rusiya İmperiyasının süqutundan sonra Cənubi Qafqazın idarəçiliyi ilə bağlı xaos yaranmışdı. Belə  fürsəti əldən verməyən ermənlilər azərbaycanlılara qarşı öz məkrli planlarını həyata keçirirlər”.

Ermənilərə bu soyqırımın həyata keçirilməsində ən böyük dəstək isə bolşeviklərdən gəlir.

E.Kəlbizadənin sözlərinə görə, Rusiya imperiyasının süqutundan sonra Cənubi Qafqazda milli partiyaların mövqeyi yüksəlmişdi. Bolşeviklər isə yenidən Azərbaycanı Rusiyanın bir parçasına çevirməyə çalışırdılar. O zaman Azərbaycanda siyasi mövqeyinə görə ən nüfuzlu partiya Müsavat, Cənubi Qafqazda mübarizənin getdiyi ən önəmli mərkəzlərdən biri isə Bakı idi.

“Azərbaycanlıların mövqeyinin sürətlə inkişafı onların mənafeyinə uyğun deyildi. Belə bir vəziyyətdə erməni milli partiyaları, Daşnaksütun hərbləşmiş dəstələri, eyni zamanda Birinci Dünya Müharibəsi  illərində Rusiyanın tərkibində Osmanlıya qarşı döyüşmüş erməni hərbi dəstələri ilə bolşeviklərin məqsədləri üst-üstə düşürdü. Bu uyğunluq azərbaycanlılara qarşı törədiləcək dəhşətli soyqırımın imzası idi. Beləliklə faktiki olaraq Bakıya nəzarəti ələ keçirən bolşeviklər, xüsusən Stepan Şaumyanın başçılıq etdiyi erməni qrup azərbaycanlılara qarşı soyqırım aktına start verdi. Qırğın təkcə Bakıda yox, Azərbaycanın bir çox bölgəsində reallaşdırıldı”.

Sonda tarixçi onu da qeyd etdi ki, ermənilərin törətdiyi faciə nəticəsində soyqırım qurbanlarının sayı bölgələr üzrə dəyişir. Lakin yeni araşdırmalar yeni faktları da üzə çıxarır. Təbii ki, belə olan halda rəqəmlər də dəyişir. Son dövrlərdə aşkarlanan kütləvi məzarlıqlar bunun əyani sübutudur. Onlardan biri də Quba ərazisindədir. Buradakı kütləvi məzarlıq 1918-1920-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən faciənin daha geniş miqyaslı olduğunu söyləməyə əsas verir.

Qeyd edək ki, soyqırımda faciəvi şəkildə qətlə yetirilən minlərlə soydaşımızın xatirəsini əbədiləşdirmək məqsədilə Ümummilli lider Heydər Əliyev 1998-ci ildə 31 martı Azərbaycanlıların Soyqrımı Günü elan edən sərəncam imzalamışdı.

Tarixin bütün dövrlərində erməni terrorizminin qurbanı olan şəhidlərimizi rəhmətlə anırıq!

Müxbir: Aynur Ruslan

Bugün TV

Oxşar xəbərlər

Yanan qayığın sahibi dünyasını dəyişdi

İntizar Əmirova

“İran daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir”

Aynur Camal

R.Məmmədli: “Heç bir halda Azərbaycan Qarabağda ermənilərin yenidən silahlanmasına imkan verməyəcək”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu