28 C
Baku
8 Sentyabr 2025, 13:43
Digər

Almaniya Fələstin dövlətinin tanınması məsələsində müttəfiqlərinə qoşulmayacaq

Bugun.tv xarici mediaya istinadla xəbər verir ki, Merts əlavə edib: “Kanada hökuməti və Baş naziri Almaniya federal hökumətinin Fələstinin dövlət kimi tanınması ilə bağlı mövqeyindən xəbərdardır. Biz bu təşəbbüsü dəstəkləməyəcəyik”. Kansler bir jurnalistin sualına cavabında deyib: “Hazırda dövlətin tanınması üçün şərtlərin tam şəkildə yerinə yetirildiyini hesab etmirik və bu səbəbdən həmin məsələdə fikir ayrılığımız qalmaqdadır. Son bir neçə gün və saatlarda baş verən hadisələr bizim mövqeyimizi dəyişməyib. Biz bu addımı payızın sonunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının gündəliyinə daxil etməyəcəyik. Amma bir daha qeyd edirəm ki, müttəfiqlərimiz bizim bu məsələ ilə bağlı fərqli fikirlərimizi yaxşı bilirlər”. Merts, həmçinin Aİ-nin digər üzv ölkələrinin İsraillə əsas ticarət sazişini dayandırmaq və ya ifrat sağçı İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etmək təkliflərini dəstəkləməkdən imtina edib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

“Azərbaycan Aşura gününü nümunəvi modeli əsasında, qanvermə aksiyası ilə keçirir” – RƏY

Aynur Camal

“Qardaşlıq Dastanı” Türkiyədən Azərbaycana gəlir- VİDEO

Aynur Camal

Mahir Almaniyada qol vurdu, komandası növbəti mərhələyə yüksəldi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu