29.5 C
Baku
12 Avqust 2026, 11:13
Digər

Türkiyədə istehsal olunan “İHA-122” raketləri maraq doğurdu

Bugun.tv xəbər verir ki, bunlardan biri olan “İHA-122” raketi üzərindəki idarəetmə dəsti ilə hədəfi dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Bu sursat az xərc tələb edir və sürətli şəkildə istehsal oluna bilir. Bu raketlər çox yüksək sürətə malik olduqları üçün düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən çox gec müəyyən olunur ki, bu da əsas həlledici rol oynayır. Dünyada belə silahlara sahib ölkələrin sayı olduqca azdır. Türkiyə isə bunu PUA üzərindən edə bilən ölkələr siyahısında birincidir. “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar etdiyi paylaşımla bu növ strateji məhsullara diqqət çəkib. “Səsdən təqribən 4 dəfə sürətli və 100 min fut yüksəkliyə qalxan sursat buraxılır. Bu texnologiya dünyada yalnız bizdə var”, – deyə o bildirib.

Bugün TV

Oxşar xəbərlər

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Netanyahu Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ siyasətinə təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu