22 C
Baku
27 İyul 2025, 10:07
Baş xəbərDünya

Almaniya ötən il 12,2 milyard avro dəyərində silah satıb

Almaniya İqtisadiyyat Nazirliyi 2023-cü ildə xaricə təxminən 12,2 milyard avro məbləğində silah tədarükünə icazə verib.

Bugun.tv xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

Qeyd olunub ki, bu məbləğə silahlar üçün 6,4 milyard avro və digər hərbi məhsullar üçün 5,8 milyard avro daxildir.

Ən böyük alıcı isə Ukrayna olub və onun üçün təxminən 4,4 milyard avro dəyərində silah ixracı təsdiqlənib.

Hesabat dövründə Norveç 1,2 milyard avroya yaxın, Macarıstan 1 milyard avro, Böyük Britaniya 656 milyon avro, ABŞ 545 milyon avro dəyərində Almaniya istehsalı silahı alıb.

İlk onluqda həmçinin Polşa, İsrail, Fransa, Kipr və Cənubi Koreya yer alıb.

Teymur Əziz

Oxşar xəbərlər

Qəzzada çalışan 99 ABŞ həkimindən Bayden və Harrisə məktub: İsraili dəstəkləməyi dayandırın!

Aynur Camal

Stilist kostyumun necə geyinilməsini maraqlı şəkildə göstərir

Aynur Camal

Avtomobilin mühərrikindən 2 metrlik ilan çıxdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu